Kəramət : - BİR FOTOYA ÜSTYAZI

YAZARLAR 09:37 / 10.01.2025 Baxış sayı: 969

 

 

..biz altyazılara öyrəncəliyik...kimliyimiz olmayan cəfəngiyyatlar...məsələn doğum-ölüm tarixləri, guya şair-mair, yaxşı adam-zad, ya da ağlınıza gələn digər yalan-palan.

Başqaları heç e...özümüz-özümüzü aladatmadan yaşaya bilmirik, aildanışdan aldanışa, yalandan yalana olan məsafədi ömür deyilən...əsla keçmişə baxma, təzə yalan -həyat tapmayanlar keçmişə qayıdar, bir dostumuzun Osloda, Helsinkidə yaşaya bilməyib Bakıya qayıtdığı kimi...çox zadlar uydururdu ki, Müqəddəs yalanlar (ən böyük yalan Müqəddəs sayılanlardı,, vaxt gələr, bilərsən)..-.niyə gedib kəndində-ən müqəddəs yerində yaşamırsan? -sualını verməkdən özümü saxlaya bilmədim və "pis adam" olduğumu tirajladım...

Hə, keçmiş yaşanmış yalandır və o yalanda qalmaq çürüməkdir; İstər fərdolsun, istərsə də cəmiyyət, dövlət..

Ədəbiyyat da elədi, elə təbiət də...ona görə Şərq-müsəlman zehniyyəti çürüyür

BİR YALAN DE, O YALANA

BÜKÜM BU YALAN ÖMRÜMÜ.

...yalanımız da nimdaşlaşıb, o qədər o ölkədə, o yerlərdə geyilib atılıb ki,..."MERSEDES" maşın qəbristanlığından maşın gətirib 8-ci əl cürülmüşü təzəymiş kimi sürüb qonşuya yandı-yandı verirsək..o da elə...şeirmizin ritmi, xitablar, sürtük kəlmələr ürəyinizi bulandırmır? qafiyələrin əzbəri, bənzətməlin xarablığı-vaxtı ı keçmişliyi (bənzətmə vaxtı keçib sənətin...bənzəməzlərin harmoniyasıdır indilər və s.) ,

KEÇMİŞƏ BİƏT GƏLƏCƏKSİZ QOYAR ADAMI...

MUZEYƏ BAXARLAR, MƏNƏVİ QİDALANARLAR, YAŞAMAQ ÜÇÜN DEYİL