Kəramət : - ADAMLAR ÖLKƏSİNDƏN NİYƏ QAÇSIN Kİ?

YAZARLAR 15:21 / 29.09.2022 Baxış sayı: 1104

ADAMLAR ÖLKƏSİNDƏN NİYƏ QAÇSIN Kİ?

əvvəlcə ona baxaq ki, niyə kənddən şəhərə gəldik. Çoxluqda işləmək, daha yaxşı yaşamaq üçün. Hansı ata-ana, hansı kənd-ocaq sevgisi, MÜQƏDDƏS DUYĞU bizi saxlaya bildi k? Bakıya gəlib kənd həsrətli pafosik şeirlər yazdıq. Əslində, bu bir quyruqlu yalan..şəhəri sevdiyimizdən, ehtiyaclarımızın burda ödəndiyindən Bakıya köçdük, çoxluqla. Bütün bunlar planlı, proqramlı yeni yaşayış məkanları, mərkəzləri yaratmanın reallığıydı. Bəs sonra urusiyyətə-Rusiyaya niyə getdik, yenə də çoxluqla..çörək qazanmağa, dolanmağa, ordan qazandığımız pullarla kəndimizdə-kəsəyimizdə evlər tikdik. İndi Türkiyəyə, Avropaya niyə gedirik və bu arzuların gerçəkləşməsi üçün günlər sayırıq.

Türkiyədəkilər də , əsasən, Almaniya, İtaliyaya eynən bizim Rusiyaya getdiyimiz ehtiyaclarını ödəmək üçün gediblər və ordan qazandıqları pullarla 4-5 mərtəbəli 10.000-lərcə binalar tikib, bizneslərini qurublar.

Gələk indiyə..Adamlar niyə Rusiyadan qaçır? Əsas faktor müharibədi, burda patriotluq aramaq populist yanaşmadı. M. Ə. Sabir demiş : "Bir sürü boşboğazıq, heyvərəlik adətimiz". "Davalı evdə bərəkət olmaz" demişik, müharibə illərinə fikir verin dünya tarixində, aclıq-səfalət-xəstəliklərlə müşahidə olunur.

Kiçik bir qrup var ki, kəndini-şəhərini-ölkəsini ona görə tərk edib, edir ki...ki..ki...öz bacarıq və imkanlarını (iş adamı, biznesmen), istedad və bacarıqlarını (elm, yaradıcılıq, musiqi və s.) öz doğma ölkələrində reallaşdıra bilmirlər. NİYƏ-mi? Ona görə ki, bu ölkələrdə fürsət bərabərliyi yoxdu (yerlibazlıq, dəstəbazlıq, siyasi partiya partizanlığı hökm sürür, rüşvətxorluq mexanizmi hakimdir) , hüquq-ədalətli yaşam buz dolabındadı, iqtisadi məngənədə sıxılır. Və cəmiyyət bir tikə çörəyə möhtac olduğundan biri-birinə "yem" kimi baxır, neokapitalizmin vəhşi qanunları çoxluğu manyaklaşdırır, insanlar öz insan vəsfini itirir. Hamı biri-birini günahlandırır, bu mühiti sistem yaradıb.

Diktatorlar hansı dövrdə yaşadıqlarının fərqində olmadıqlarından köhnə silahlarla işğal edə biləcəklərini, xalqı basqı altında saxlayacaqlarını, polis dövləti qurmaqla hakimiyyətdə qalacaqlarını düşünməklə öz faciələrini yaxınlaşdırırlar.

Fiziki güc 60-cı illərdən başlayaraq öz yerini intellektə vermişdir və bu sahədə ABŞ, İNgiltərə, Avropa, Yaponiya, Cənubi Koreya vaxtla həmahəng addımlamışlar.

Digər ölkələr zatən işğal olunmuşlar. Necəmi? Mindiyin maşına, geydiyin paltara, telefona, bilgisayara, aldığın ərzaqlara və s . baxsan əyani vəsaiti görərsən. Ölkə çox turist gəlməsilə öyünməz, sənin vətəndaşın turist kimi harasa gedə bilirmi..bunun xəcalətini çəkər...

İndiki gərginliklər köhnəlmiş zehinlərin, idarəetmə üsullarının ayaqsürüməsiylə bağlıdı. İstər Rusiyada, istər İranda və başqa ölkələrdə baş verəcəklər diktatorların yerindən qalxmaq istəməmələrinin nəticəsidi. İnsanlara, siyasi-iqtisadi mühitə, elmi-ədəbi sahəyə nəfəs vermək, vacib islahatlar keçirmək ağlıbaşında olan rəhbərin vazkeçilməzidi. Niyə diktatorlar, məmurlar oturduğu kreslodan qalxmır. Çünki cinayətkardılar. Yaxşı bir Çin ata sözü var, deyir ki, hansı mənsəb-vəzifə sahibi kreslosundan qalxmaq istəmirsə, bilin ki, altını batırmışdır.. Bizdəki məmurlar aşağıdan-yuxarı hamısı altını batırıb, ona görə kreslosu qarışıq atmaq gərək tarixin zibilliyini. Duanın əcələ faydası yoxdur, amma xalqı da çox incitməyin, heç nə olmaz da düşünməyin, əgər azdan-çoxdan tarixi gedişatı, keçidləri, indiki dünya mənzərəsini görürsünüzsə...