Kəramət :  - 10 MƏNSƏB SAHİBİNİN 1000 EVİ VAR (ƏN AZINDAN) HƏYATDAKI ARZUN?-

YAZARLAR 11:08 / 26.09.2022 Baxış sayı: 2314

 

 

HƏYATDAKI ARZUN?-

Sualına kim nə cavab verər? Əlbəttə, gözəlim Azərbaycanda. Təqribən , ortaq məxrəci belə müəyyənləşdirirəm : DİPLOM, İŞ, ƏR-ARVAD, EV.. Bunlardan hansına nail olmusuz və yaxud hansı birinə həsrət qalındı, bir ömür xərcləndi məişət qayğılarına. Bunların içində əsas olan nədir?-soruşulsa, ilk yerdə EV-MƏNZİL ehtiyacı dayanar. O zaman nə qədər gəncin ev-mənzil xəyalı gerçəkləşir və yaxud bu məqsədinə yetib? Şair-yazıçı tayfasında buna nail olan çox azdı və yaxud ev həsrətinə 50-60 yaşında yetən yazıçının, insanın hansı normal həyatından söhbət gedə bilər. Normalda "Sosial ev" anlayışı ayıb olan məsələdi. Yəni bu qədər təbi sərvətləri olan ölkənin GƏNCLƏRİ mənzil xəyalı-arzusu yox, əl yetəsi olmalıdı. Nədir ki, bu dövlət üçün öz övladlarını-gənclərini evlə təmin etmək? Heç nə! Bizim ölkənin gəlirlərini düşünsək, heç bir problem olmasın gərək.

Evi yoxsa, o gəncin qurduğu ailə də problemlərdən qurtula bilməz..

ORTA MƏKTƏBİ BİTİRƏN GƏNCLƏRƏ EV VERİLSİN!-UTOPYADIMI?

Amma bizdən min dəfə kasıb , balaca ölkələrdə reallaşır..Necə olur., istəsən olur.. Bakıda, AZƏRBAYCANDA 100 VƏZİFƏLİ ADAMın BİRBAŞA, dolayısıyla milyon evii var..inanmırsınız..həbs olunan vəzifəlilərin hər birinin ortaya çıxan, üzərinə həbs qoyulan 100-ə yaxın, evi, obyekti ortaya çıxır, ortaya çıxmayanları da var..

Adicə JEK rəisinin 5-10 evi var..Jurnalist-yazıçı adı daşıyan azlıq var ki, 10-15 evi var və bunların iki-üçünü rəsmən dövlətdən alıb.

Bu vəzifəlilər haram pullarla, işlədikləri cinayətlərlə "qazanıblar"...həm də başqalarının haqqını, ən əsası gənclərin arzularını yeyiblər manyakcasına. Hər hansı vəzifəli adamın mal varlığını araşdırın ..istisnasız, hamısının cinayət işlədiyini görərsiniz. Bu adamın-ların aşkar qazancı ortadaykən bu qədər sərvətə necə yetiblər...əlbəttə, rüşvətlə..çünki, bizdə saat kimi işləyən rüşvət mexanizmi var var. Nə qədər həbs olar?

Əgər arzun EVsə, deməli, həyatın oğurlanıbdı.

Oğurlanmış həyatlar, arzular...

Bir 1 nəfər, qida və içəridə şəkili ola bilər