Kəmalə Abiyeva - Bu dünyanı nağıl bilək
Bu dünyanı nağıl bilək
Dindi yenə xatirələr,
dondum yenə o gunlərə.
Istədim ki, əvvəlki tək
tutum sənin əllərindən.
Gozumuzdə, konlumuzdə
necə arzu, necə istək
xumarlanaq xoşbəxtlikdən,
bu dunyanı nağıl bilək…
Dindi yenə xatirələr…
Dondum yenə o gunlərə…
İstədim ki, hara getsəm
yenə məni izləyəsən.
O ağacın kolgəsində,
o kucənin dongəsində
yenə məni gozləyəsən.
Həmin kucə, həmin şəhər,
dondum yenə o gunlərə.
İstədim ki, geri donəm,
Qaynar gozlərini gorəm,
baxışlarından titrəyəm.
İstədim ki, bu yollarda
yenə mənə rast gələsən,
guya elə sən də burdan
kecirmişsən təsadufən.
Sən… Mən… Bir də xatirələr…
Həmin kucə, həmin şəhər.
Bilirəm ki, hara getsəm,
yenə məni izləyirsən.
O ağacın kolgəsində,
O kucənin dongəsində
yenə məni gozləyirsən.
Bilirsən ki, gələcəyəm,
Bu dunyanı yenə nağıl biləcəyik.