“Kaş ki Gülən Ölüm Olsa “-nın TƏQDİMATI KEÇİRİLƏCƏK

MƏDƏNİYYƏT 11:06 / 30.01.2025 Baxış sayı: 2682

Gənc nasir, AYB üzvü Qüdrət Kərim Sabitin “Kaş ki Gülən Ölüm Olsa “  kitabı çap edilib. “Bəyaz cəhənnəmdə Qanlı Üfüq “ və “Bəyaz cəhənnəmdə Əbədi ömür” siyasi-psixoloji detektiv janrda yazdığı pyeslərdən sonra, müəllifin 3-cü kitabıdır. Özünəməxsus janrda yazılmış bu əsər 1920-ci ilin aprel ayında bir cinayət üzərindən həmin mürəkkəb dövrün sosial, siyasi və diplomatik hadisələrdən bəhs edir.  Yazı üslubu və məzmunu xüsusilə diqqət çəkən bu əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə işıq tutan müəllif ön sözdə yazır: “Kaş ki Gülən Ölüm Olsa” kitabını yazmaqla, mən bir yazıçı olaraq Cümhuriyyət öndərlərimizə, istiqlal şəhidlərimizə olan borcumu yerinə yetirdim”.  

Xatırladaq ki, 5 fevral 2025-ci il tarixdə AYB Natəvan klubunda  kitabın təqdimatı olacaq.