"İsveç NATO-ya üzvlükdə bizdən yaxşılıq gözləməsin” - Ərdoğan

DÜNYA 21:39 / 23.01.2023 Baxış sayı: 480

“İsveçdəki səfirliyimiz qarşısında “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlük məsələsində bizdən yaxşılıq gözləməsin”.

Yenises. az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.

“Terror təşkilatlarının üzvləri küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb.