İcra hakimiyyətində əməliyyat:Vəzifəli şəxslər saxlanıldılar - YENİLƏNİB

KRİMİNAL, Gündəm 16:56 / 04.10.2022 Baxış sayı: 1532

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Yenises.az xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

15:58

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.