İbrahim  Yusifoğlu : - YAŞADIĞIN YAŞA DƏYƏR

Ədəbiyyat 21:32 / 30.09.2022 Baxış sayı: 1422

 

Ibrahim Yusifoğlunun adgünündə dediyi şeir.

 

Bu həyatda naşı olsan,

Bir sapandan daşı olsan.

Yanaqların yaşı olsan,

Bəxtin gedib daşa dəyər.

 

Könlün seçdi igid, mərdin,

Çox bəlaya sinə gərdin,

Qurtarmadı sevgi dərdin,

Yanağında yaşa dəyər.

 

İlk eşqini saxlasan da,

Yada salıb ağlasan da.

“Ah”larınla oxlasan da,

Gözdən ötüb qaşa dəyər.

 

Günah sənlə gəzirdisə,

Ürəyini əzirdisə,

O günaha nəzirdisə-

Payladığın aşa dəyər.

 

Hər günü tay ilə bilsən,

Dərdi qəlbdən silə bilsən,

Ömrü ömür bilə bilsən,

Yaşadığın yaşa dəyər.