Hikmət Hacıyev diplomatların Zəngəzur dəhlizinə səfəri ilə bağlı paylaşım etdi

SİYASƏT 10:10 / 01.11.2025 Baxış sayı: 1667

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib.

Yenises.az xəbər verir ki, paylaşımda qeyd olunub:

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri. Bu dəfəki təyinat nöqtələri Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan oldu".