Gülnar Ümid. : -  ÇAĞIRMA,..

Ədəbiyyat 15:35 / 04.10.2022 Baxış sayı: 1344

Cümlə-cümlə bu ömürdə yol gəldim,

sual-sual söndü illər.

Hekayədə nağıldadı işıqlı yol,

oxuduqca bitəcək yol

məni ora,

çağırma....

 

Alnıma yaza bilmədi,

səni yazdı bu dünyanın üzünə.

Gündüzlərin duasını gecə asdım

Mən ümidi gözləyirəm səmaların mavisindən

sən get məni,

çağırma....

 

Gedişinin məcrasından axır arzum,

Dəyir daşa, durub silir dizlərini

Yol axtarır keçmək üçün,

Bir addımlıq sənə gəliş nə uzaqmış!

səsin gəlmir

çağırma....