Fəxrəddin Teyyub : - Mənə əlini ver, görüşək, payız!

Ədəbiyyat 21:01 / 23.09.2022 Baxış sayı: 1156

 

Geçə də, gündüz də ayazam daha,

Sısqa bulaq kimi dayazam daha.

Sənə oxşayıram, payızam daha ,

Mənə əlini ver, görüşək , payız!

 

Hanı gur caclarım , tökülüb gedib.

Ömrümün dan yeri sökülüb gedib.

Gözlərim qüruba dikilib gedib,

Mənə əlini ver, görüşək , payız!

 

O kimdir gözündə şimşəklər caxır,

Baxışı qəlbimi yandırıb yaxır.

İçimdə şıdırğı yağışlar yağır

Mənə əlini ver, görüşək, payız!

 

Bu da bir ömürdü, yaşadıq elə,

Xəzəl yükümüzü daşıdıq elə.

Bəlkə sən yaşdayam, yaşıdıq elə ,

Mənə əlini ver, görüşək, payız!