Fərhad Tapdıqoğlu- Sevinc dol-u

YAZARLAR 09:00 / 05.11.2025 Baxış sayı: 1071

8 Noyabr --Zəfər bayramıdır.

 

                                                      ( hekayə)

Naibə bir gözü televizorda yarpaq dol-ması bükürdü.Televizorda türk serialı "Dol-unay " göstərilirdi.Elə bu zaman həyət qonşusu Tubu xanım otağa daxil oldu.Salamlaşdı və Naibəyə kömək eləməyə başladı.

Ariflə Naibənin oğlu Teymura hərbi komissarlıqdan səfərbərlik üçün çağırış vərəqəsi gəlmişdi.Sabah yola düşəcəkdi.Ona görə də valdeynlər bir balaca süfrə açırdılar.

Arif kişi doğma yurddan qaçqın düşəndə Sumqayıtda məskunlaşmış ,illər sonra şəhərətrafı qəsəbələrin birində bir sadə həyət evi tikmişdi.

Teymur onun ikinci oğlu idi.Uşaq vaxti dəli dol-u olan Teymur ,indi çox ağıllı ,yerini bilən tərbiyəli gənc idi.Güləş üzrə respublika çempionatında dəfələrlə mükafata layiq yer tutmuşdu.Əgər qazandığı medalları boynundan assaydı, sinəsi

dol-u medal olardı.Kollec təhsili vardı.Son aylar benzin-dol-durma məntəqəsində işləyirdi.

Arifin həyətində ehtiyat üçün su çəni vardı.

O bir də baxdı ki, çən su ilə dol-ub,tez suyun kranını bağlayıb,Naibəni səslədi :

--Ay Naibə,siyahi tutmusansa gətir,gedib çatışmayan şeyləri alım.

Naibə əllərini salfetlə silib,tutduğu siyahını ,üstündə də yüz dol-lar, gətirib otağın qapısından Arifə uzatdı.

Vərəqin bir üzü yazı ilə

dol-muşdu.Arif dol-lardəyişmə məntəqəsində dol-ları xırdalayıb Azərbaycan manatı aldı.

Ət köşkündən kabablıq ət ,ardınca marketə daxil olaraq,siyahı üzrə yazılanları aldı, dol-u zənbillə marketdən çıxdı.

Yaxınlıqdakı parkda əyləşib,nəfəsini dərdi,ciyər

dol-usu şam ağacının buraxdığı oksigendən uddu.Qonşuları Həsən kişi

nəvəsini qucağına alıb,parkda gəzirdi.

Arif Həsən kişiyə:

---Allah saxlasın ,gözüdol-usu görəsən- dedi.

Arif parkdan çıxıb ,evə gəldi.Bazarlıq zənbilini arvadına verib,həyətdəki tut ağacının altında əyləşdi .

Xəyala dalıb,kəndlərini xatırladı.

...Həyət- bacaları tut ağacları ilə dol-u idi.Tut ağaclarının üstü tutla, meyvə ağaclarının üstü meyvələrlə dol-u olardı.Anaları tutdan irçal da bişirərdi.

Teştdə ocağın üstündə qaynayan tut tam bəhməzə çevrilməmiş, iri dənəli tutdan teştə dol-durar ,qaynatmağa davam edərdilər.Qaynayan

tut və bəhməz qıpqırmızı qızaranda irçal hazır olardı...

Həyat- bacaları toyuq- cücə,qaz- hindişka ilə dol-u olardı.Toyuqlar,qazlar,hinduşkalar qanadlarını qaldıranda,balaların ora dol-masını maraqla izləyirdi Arif...

Ev quşlarını hinə,mal-qaranı tövləyə dol-durduqları anlar gözləri

önündən keçdi.

Kumları həmişə küləşlə,samanla dol-u olardı."Dayan dol-durum" tüfəngləri də vardı...

Qonşuları Kazım kişi arvadı ilə dalaşanda arvadının dediyi sözlər yadına düşdü:

" A kişi,nooluf ,hünərdən gəlmisən? Qulağını yenə kim dol-durub?"

...Barmağına dol-ama çıxmışdı .Balaca Arif ağlayanda,atası ona zarafatla sataşır,anası isə müdafiə edirdi:

--A kişi,uşağı dol-ama.Görmürsən uşağın barmağındakı dol-amanı?

Uşaq vaxtı bütün uşaqların əzbərdən bildikləri tapmacanı xatlrladı:

" Bir balaca boyu var,

Dam-dol-usu toyu var".

...Arifin əmisi oğlu Mürvət danışmağa başlayanda ,dayanmaq bilməzdi ,ürəyi həmişə dol-u olardı...

Topçu Dol-uxan kişi vardı kəndlərində "Dol-u dağıdan" idi .Topu atıb,dol-u buludlarını dsğıdardı.Dəfələrlə onun yanında olmuşdu.Kələsərlikdən keçib,dol-ayı,dol-anbac yollarla dağın başına ,Dol-uxan kişinin yanına gedərək,dol-udağıdan qurğuya baxardı Arif.

Dol-udağıdan toplardan istifadə olunmayanda dol-u kənd təsərrüfatına çox ziyan vururdu.

"Qaz vurub,qazan dol-duran "Sabir kişi gözləri önündən keçdi Arifin.Sabirin vurduğu çöl qazlarını arvadı Pəri yolar,doğrayar,qazana dol-durub bişirərdi. Sabir kişinin evi qonaqlarla dol-u olardı.Arif də o çöl qazlarının ətinin dadına dəfələrlə baxmışdı.

Arif toyunu xatırladı.Xörək qazanları xörəklə dol-uydu.Yemək mağarı,toy mağarı isə adamlarla dol-u...

Xeyir- dualardan yadında qalan bu idi:

"Oğul uşaqlı olasınız,dol-u qucaqlı olasınız"

Kəndlərindən keçən İnci çay su ilə dol-u,cürbəcür balıqlarla dol-u idi...

Arifin atası həmişə suyu mis dol-çada içərdi.

Ona parç deyirdi atası.

Atasının səsi qulağına gəldi:

"Ay arvad ,ordan bir parç ( dol-ça) su ver,ciyərim yanır"

Parç dop-dol-u ,silələmə olanda Arifin atası hirslənərdi:

--Ay arvad ,borc verirsən,niyə bu qədər dol-durmusan?- deyərdi...

Arifin qardaşl Hümbət elə hey yeyirdi,ağzı işləyirdi .

Anası deyərdi:

---Ay qarınqulu, az dol-dur

qarnını. Saman sənin dəyil,samanlıq da sənin dəyil.Qarnın partlayacaq...

... Arif kişini şirin xəyallardan Naibənin səsi ayırdı:

--A kişi,nə şonqumusan orda.Gəl kabablıq əti doğra.

Arif kişi əti doğrayıb,manqalı yandırdı.

Əti şişlərə çəkib,manqalın üstünə düzdü.Manqalın üstü dol-du.Kababın tüstüsü evə dol-du.Naibə deyinərək ,pəncərəni örtdü...

...Süfrə açıldı.Süfrənin üstü yemək-içməklə dol-du.

Pandemiyaya görə qohum- qonşu tək- tək gəlirdi.Bir az oturub,yeyib- içib Teymura" sağ - salamat get,qayıt " deyərək ,evlərinə gedirdilər.

Naibə xanım,tək yaşayan Qaratel arvada bir kiçik qazan dol-u pay göndərdi...

Ertəsi gün atası Teymuru yola salmağa apardı.Hərbi komissarlığın nümayəndələri siyahı üzrə çağırışçıları avtobusa dol-dururdilar.

10-a yaxın avtobus artıq dol-muşdu.

Cibi dol-u olan valideynlər komissarlığın nümayəndələrinin ciblərinə pul basıb, uşaqlarını saxlatdırırdılar.

Həmin o nümayəndələrin də cibləri dol-u olan valideynlərin hesabına cibləri dol-du...((

...Teymur kəşfiyyatçı idi.

Çətinliklərlə dol-u bir iş idi kəşfiyyatçılıq...Mina dol-u sahələrdən keçirdilər.Düşmənin yerlərini,mövqelərini,saylarını və sairə Teymurla döyüş dostları öyrənirdilər...

Kəşfiyyatçılar düşmənin üzərinə dol-u kimi yağan "Qrad"(Dol-u) mərmiləri partladıqca,ürək-dol-usu sevinirdilər.

Atılan mərmilərin yerini yenidən dol-durmaq üçün

"Batareya,dol-dur" komandası verilirdi.Dronların düşmənin mövqelərini darmadağın etməsi başqa aləm idi...

Qaytarılan torpaqlar düşmən leşləri ilə dol-uydu.

Arif kişi,Naibə xanımla bərabər ,Teymurun xətrini istəyən bütün qohum- əqrəba,dostları həyəcan dol-u anlar yaşayırdılar.

Teymur heç vaxt olmadığı ata-baba yurdunu da gördü.İşğaldan azad olunan torpaqları düşmən xarabalığa çevirmişdi.Vaxtilə hər tərəfi növbənöv meyvə ağacları ilə dol-u olan kənd

indi kol- kos,şax- şəvəllə dol-u idi...

Teymur işğaldan azad etdikləri torpaqlarda xeyli şəkil çəkmişdi.Telefonunun yaddaşı dol-u idi.

...Müharibə həyəcanları ilə dol-u günlər arxada qaldı daha.İndi Teymurun yaxasını bir neçə medal da bəzəyir...

Allah şəhidlərimizə rəhmət eləsin .

Allah qazilərimizə şəfa versin.

Allah ordumuzu qorusun!

Zəfər bayramımız mübarək!

...Arif kişi də ,həyat yoldaşı Naibə xanım da,Teymur da sevinc dol-u günlər yaşayırlar...