Fərhad Tapdıqoğlu - Olmuş əhvalatlar -8

YAZARLAR 08:19 / 14.10.2025 Baxış sayı: 1389

 

(dodaqqaçdı)

Axşam saat 9-a işləyirdi.İstehsalat üzrə direktor müavininin sellektor müşavirəsi başa çatmışdı.Yaxınlıqdakı qəsəbədə yaşayan yeganə

şöbə rəisi Əsədov evə çox zaman piyada gedirdi.Bu gün isə bərk yağış yağdığından çıxış yolu düşünmək lazım idi.

O illər ikinci növbədə çalışan təkcə növbə rəisi Ataxanın maşını vardı,"Moskviç" markalı maşlnı.

Əsədov zavod daxili telefonla Ataxanın işlədiyi sexin rəisi Telmana zəng edib ,dedi:

-- Salam Telman müəllim ,Sizi narahat eləyən "uçastkovı" ( sahə müvəkkili) Əsədovdur.

Qəsəbədə cinayət hadisəsi baş verib.Mən təcili ora getməliyəm. Sizdə bir nəfərin maşını var deyəsən.Həmin adama deyin ki, məni hadisə yerinə çatdırsın.

Sex rəisi:

---Baş üstə rəis.Siz hardasınız?- soruşdu.

Əsədov:

--Zavodun giriş qapısındayam.Gözləyirəm

Bunu deyib Əsədov telefonun dəstəyini yerinə qoydu,kabineti bağlayıb,asta- asta ikinci mərtəbədən düşüb, idarə binasından çıxdı.

Telmanla Ataxan artıq giriş qapısında gözləyirdilər.

Əsədov onlara yaxınlaşdı:

--Nə olub?

Ataxan dilləndi:

-- Nə bilim ee,Telman müəllim deyir ki," uçastkovını" Sumqayıta aparmalıyam.( Zəngdən "qorxan" Telman müəllim qəsəbəni Sumqayıt bilmişdi) Gəlmişik ,"uçastkovı " nə gəzir?

Əsədov :

---"Uçartkovı" Əsədov mən,burdayam.

Telmanla Ataxan bir- birlərinin üzünə baxdılar.

Telman Əsədovu Ataxanın maşınına qədər müşaiyət elədi.Üçü də gülürdü.

Ataxan :

--Rəisim Telman müəllim " uçastkovı" adl gələndə özünü itirir.Eybi yox,əyləşin Sizi aparım.

Əsədov bir neçə dəqiqədən sonra evdə idi...

...İndi də Əsədov Ataxanı görəndə deyir:

--"Uçastkovı ",yox ee sahə müvəkkili Əsədovdur .

Gülüşürlər

Ataxan deyir:

--Rəis,hara lazımdır aparım."Moskviç " metalloma gedib."Cip" Sizin qulluğunuzda...

P.S. Balaca vəzifəsi olanlar belə o illər "uçastkovı"lardan( sahə müvəkkillərindən ) qorxurdular.İndi də qorxurlar yəqin,eləmi?!