Elşən Əzim - YOLLARIN QARĞIŞI
Ədəbiyyat
09:39 / 14.10.2025
Baxış sayı: 1420
Mən keçmədim bu yollardan,
Taleyimin xışı keçdi.
Payız gəldi, xəzəl örtdü,
Yazı keçdi, qışı keçdi.
Gəlib ötdü yol yanımdan,
Deyəmmədim qal yanımda.
Sağa baxdım...
Sol yanımdan--
Bir qızın baxışı keçdi.
Dərd köz oldu ocağıma,
Qəm iz saldı varağıma.
Bu ağrıyan ayağıma-
Yolların qarğışı keçdi.
07.10. 2025