Elnur Uğur Abdiyev : -  Evimin içinə yağmayan yağış.

Ədəbiyyat 09:42 / 08.12.2022 Baxış sayı: 1809

Evimin çölünü gəl az malala,

Evimin içinə yağmayan yağış.

Nəyimə lazımsan, ha yağ inadla

Evimin içinə yağmayan yağış.

 

Bu evin içində bir ev boy atır,

Sanki göy ev altda yer ev boy atır.

Mənimçün bir duru rəngdir,boyadır,

Evimin içinə yağmayan yağış.

 

Çölu su,qurudur içərdən barı,

Şükür nəfəsimdir bəhəri,barı.

Özünü islada biləydin barı

Evimin içinə yağmayan yağış.