Əlizadə NURİ : - Ağrı...

Ədəbiyyat 15:49 / 12.08.2022 Baxış sayı: 3849
 
Ondan təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Dedik bizə gün ağlasın-
Dünya da göz yaşı verdi.
Ömür verdi boynuburuq,
Ümid verdi qırıq-qırıq.
Baxıb gördü darıxırıq
Söz boyda sirdaşı verdi.
Göz verəndə, qaş vermədi,
Xoşbəxtlik də… baş vermədi.
Ev tikməyə daş vermədi
Məzar üçün daşı verdi.
Bu ki, şeytan dərəsidi
Bu ki, iblis mərəzidi.
Bu nə mizan-tərəzidi
Bunu hansı naşı verdi?
Yıxıldıq zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi…