Əlirza HƏSRƏT - OLMAZ-OLMAZ
Yaşasan ömrünü halal zəhmətlə,
Əməyin heç zaman zay olmaz-olmaz.
Özünü öydünsə varla,dövlətlə,
Səndən gəda olar,bəy olmaz-olmaz.
Əcəb keçmişi var bizim dağların,
Nəğməkar quşları hanı bağların?
Gözündən su içib buz bulaqların,-
Gördüm hər çeşmədən çay olmaz-olmaz.
İlməsi bir ayrı hanadı torpaq,
Namərd gülləsindən qanadı torpaq.
Əbədi vətəndi,anadı torpaq,
Adama torpaqdan pay olmaz-olmaz.