Ələsgər Əlioğlu  -  QUŞQONMAZ

Ədəbiyyat 09:56 / 15.10.2025 Baxış sayı: 1187

 

Balalara hədiyyə

 

Bu kolun tikanları

Həm iti,

Həm dik-dikdir.

Bu kolun yarpaqları

Həm uzun,

Həm nazikdir.

Tikanları çoxdur lap,-

Bu kola

Bir quş qonmaz

Elə buna görə də,

Qalıb adı quşqonmaz.