Ələsgər ƏLİOĞLU : - DAĞLAR

Ədəbiyyat 09:53 / 10.01.2025 Baxış sayı: 1057

 

Qoynunda qarıyıb gedim,

Havandan yarıyıb gedim.

Qoyma ki, quruyub gedim,

Bir çiçəktək bitir məni;

Dağlar, yaza gətir məni.

 

Çən-dumanın əlçim-əlçim,

Necə yarım, necə keçim...

Cığırın olsun bələdçim,

Bulağına yetir məni;

Gəl yanğıdan ötür məni.

 

Şəlalən dinsin həvəslə,

Təbim köklənsin gur səslə...

Sən arxam ol son nəfəsdə,

Özün yerdən götür məni;

Oxu sətir-sətir məni!

09.01.2025