Elçin Şıxlı: “Mətbuat Şurasında gənclərə yer veriləcək, sadəcə olaraq, heç nə etməyəcəklər”

HÜQUQ 21:16 / 23.09.2022 Baxış sayı: 1332

“Azərbaycan jurnalistlərinin qurultayı 1959-cu ildə olub. Bu, Mətbuat Şurasının qurultayıdır. Mətbuat Şurasına yalnız yazılı media aiddir. Yəni radio, televiziya jurnalistlərinin Mətbuat Şurasına heç bir aidiyyəti yoxdur. Ona görə də “jurnalistlərin qurultayı” demək düzgün deyil”.

Yenises.az  bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.E.Şıxlı gənclərin Şuranın İdarə Heyətinə namizədliklərini irəli sürmələrinə də münasibət bildirib: “Gənc jurnalistlər Mətbuat Şurasına gəlirlər, sözün doğrusu, heç bir gözləntim yoxdur. Gənclərə yer veriləcək, sadəcə olaraq, gənclər heç nə etməyəcəklər. Çünki ümumi vəziyyət və ümumi istiqamətlər hər halda məni qane etmir. Gənclər dinamika, hərəkət gətirə bilərlər. Yəni bir az daha fəal. Daha çox iclas keçirə bilərlər. İndi ən böyük fəaliyyət bizdə budur. Bu, media deyil, tamam başqa şeydir. Gənc nəsil jurnalistlərdən bu saat soruşsan ki, “media necə olmalıdır?” Onlar deyəcəklər “belə də olmalıdır”. Mənə elə gəlir ki, ən böyük faciə budur”.