Əhməd Obalı​ Xudafərindən səsləndi: Azadlığın vaxtı çatıb

Maraqli 15:38 / 04.12.2022 Baxış sayı: 2865

Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı​ Xudafərin körpüsünü ziyarət edib.

Yenises.az  Modern.az-a istinadla  xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalı işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonlarına yollanıb.

"Təsəvvür etmək çox çətindir. Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir o tərəfə keçə bilmirəm. Amma zaman yaxınlaşır. Bu körpü – Xudafərin körpüsü bir xalqı bir-birindən ayırmaq üçün deyil, birləşdirmək üçün inşa edilib. Uzun müddət “həsrət körpüsü” adı alsa da, indi birləşdirmək körpüsünə çevrilir", - Əhməd Obalı deyib.

 

Onun sözlərinə görə, bu gün 30 milyon cənubi azərbaycanlının hüquqları tapdalanır:

“1925-ci ildə Pəhləvilər hakimiyyətə gəldikdən sonra xalqımızın ən ibtidai hüquqları tapdalanır, ona qarşı assimilyasiya siyasəti gedirdi. 42 il bundan əvvəl İranda İslam Cümhuriyyəti hakimiyyətə gələndə düşündük ki, artıq İslam gəlir, din hakimiyyəti gəlir, biz də o biri millətlərlə bərabər hüquqa sahib olacağıq. Lakin onların dini də yalan çıxdı. İslam cümhuriyyəti qurulandan sonra bizə qarşı zülm daha da artdı. Arazın bu tayı – ermənilərin tərəfindən işğal olunaraq vandalizmə qalan torpaqlar azad edildi. İndi Arazın o tayının – bizim tərəfin azadlığının vaxtı gəlib çatıb”.

 

Modern.az