Əbülfət Mədətoğlu : - Yaşadığım  bu  ömür...

Ədəbiyyat 08:21 / 24.11.2022 Baxış sayı: 926

 

Gözdən itib tay durnanın qatarı,

Düşən lələk ürəyimi göynədir...

Bir lələyin düşməsində sirr varmış -

Mənə həsrət çəkməyi o . öyrətdi!

 

Gözüm qaldı göy üzündə və yerdə,

Bilmədim ki, nə göydədi, nə yerdə?!

Qaçaq düşdü bu aşiqdən " hə" yerdə -

Ümidsizlik məni sıxdı, kövrəltdi...

 

Vaxt şığıyıb ötüb getdi, durmadı

Kədər mənə dağ aşıran xurmadı...

Yaşadığım bu ömür də qurmadı-

Əbülfəti sevgi belə köhnəltdi!..

 

Paylaş