Əbülfət Mədətoğlu  : -  ÜZÜN GÜLSÜN...

Ədəbiyyat 08:40 / 26.09.2022 Baxış sayı: 853

 

Gün o gündü, vaxt o vaxtdı

Durna lələk salan vaxtdı...

Ürəyimin şair vaxtdı -

Üzün gülsün...üzün gülsün...

 

Bulud bir az əyilibdi

Budağına dəyilibdi...

Neçə min yol deyilibdi -

Üzün gülsün, üzün gülsün...

 

Bu sökülən dan yerinə,

Gözümdəki qan yerinə...

Can verirəm can yerinə -

Üzün gülsün, üzün gülsün...

 

Bax halıma, bax günümə

Ağ halıma, ağ günümə!..

Təbəssümlə yağ günümə -

Üzün gülsün, üzün gülsün...