Əbülfət MƏDƏTOĞLU : -  Məni bağışlamayın

Ədəbiyyat 11:28 / 23.11.2022 Baxış sayı: 1212

 

günahlar çözüləndə

yerim sonda olacaq...

dodaqlar büzüləndə

məhşər onda olacaq -

məni bağışlamayın...

 

qaranlıq yarılanda

deməkki ulduz axdı...

səbriniz daralanda

kimsə qəribə baxdı -

məni bağışlamayın!..

 

haqqın mizan anında,

tərəzi əyiləndə...

olmasam da o anda ,

əbülfət!- deyiləndə -

məni bağışlamayın...

 

adım da üç hecadı,

məhəbbət də - bu bəlli!

Allah, O və bir də mən

bu olmasa təsəlli -

məni bağışlamayın!