Əbülfət Mədətoğlu   : - KİMİDİ

Ədəbiyyat 08:22 / 05.10.2022 Baxış sayı: 1334

 

Bu yorulmuş ürəyim,

Büdrəmiş at kimidi...

İndi o sənə ögey,

Bir az da yad kimidi!..

 

Araya nə sirr düşüb

Şerinə nəsir düşüb?!

Vəziri əsir düşüb -

Şahı da mat kimidi!

 

Öz ahı özün tutub,

Gündəmi olub "yutub"!

O qədər sıxıb, tutub -

Dili qat-qat kimidi!..

 

Ruh qəmlə edir ülfət,

Öz işin görür xiffət!

Havalanıb Əbülfət,

Üzdəsə şad kimidi!..