Əbülfət Mədətoğlu  : - Kədərimə təsəlli şeiri...

Ədəbiyyat 08:13 / 04.10.2022 Baxış sayı: 1552

 

Ağırdı daşın , kədərim,

Qaldıra bilmirəm yerdən...

Belə yazılıb qədərim -

Ruhum dincəlir şeirdən...

 

Çiynimə atdığım xurcun,

Kağız - qələmə sirr yeri...

Oxudum bəxtimin bürcün -

Sağaldan deyil Bir yeri!..

 

Dalımca atılan suyun,

Duzu şəkərindən fazla...

Allahın adını duyun -

Adımı heç hara yazma!..

 

Qoy üzü gülsün kədərin,

Mənim də yerimə mənsiz...

Demək beləymiş qədərin -

Zümzümə etmək "Sənsiz!"...