Əbülfət Mədətoğlu : - Bir olub...

Ədəbiyyat 09:15 / 25.11.2022 Baxış sayı: 1018

 

 

dolaşıb bir-birinə

iki budaq bir olub...

sevgiyə bax, İlahi -

iki dodaq bir olub!..

 

bir "OL!"-dan yaranıbdı,

baxışla daranıbdı...

qadasın yar alıbdı -

dünya-otaq bir olub!..

 

sirri birdi "OL"-ların,

və kəsişən yolların!

arasında qolların -

iki yataq bir olub...

 

kirpik yaşa şəritdi,

heyrət daşı əritdi!

məni vüsal kiritdi -

iki butağ bir olub!