DSX-nin Akademiyasında yanğının baş verməsinin səbəbi açıqlanıb  - VİDEO + YENİLƏNİB

MƏMLƏKƏT 19:12 / 06.12.2022 Baxış sayı: 2838

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. 

Bu barədə Yenises.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə  Yenises.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

***

Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib, DSX-nin əisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

Bu barədə   Yenises.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmamışdır.

Hadisənin baş vermə  səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

**

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

Yenises.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır.