Ceyhun Bayramov Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib - FOTO

SİYASƏT 08:56 / 23.09.2022 Baxış sayı: 3381

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

Azərbaycanın xarici işlər naziri bu barədə “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib.