Çavuşoğlu Yunanıstanı hədələdi

DÜNYA 15:35 / 29.09.2022 Baxış sayı: 651

Yunanıstanın hərbisizləşdirilmiş Lesbos və Samos (Midili və Sisam) adalarına ABŞ istehsalı olan zirehli maşınlar göndərməsindən sonra Afinanın təxribatlarına Ankaradan reaksiyalar bir-birinin ardınca gəlməkdə davam edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib.

“Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq”, - deyə o bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı televiziya proqramında Yunanıstanla bağlı açıqlamalar verərək, ABŞ-ın hərəkətini qəbuledilməz adlandırıb.