Bu, ABŞ-ın savaşda birbaşa iştirakı deməkdir

DÜNYA, Gündəm 16:19 / 05.10.2022 Baxış sayı: 621

ABŞ Müdafiə Nazirliyinin Ukraynanın Krımdakı hədəflərə qarşı HİMARS reaktiv raket sistemlərindən istifadə etməsinə razılıq verməsi ilə bağlı bəyanatları Vaşinqtonun münaqişədə iştirakını sübut edir.

Yenises.az Axar.az-a  istinadla  xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

“Həm birbaşa, həm də dolayısı ilə bu cür bəyanatlar ABŞ-ın son dərəcə təhlükəli vəziyyət yaradan bu münaqişədə birbaşa iştirakının yeni sübutudur”, - Peskov qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrildiyini bildirmişdi.