"Biz də zamanında ürəyimizlə hərəkət etdiyimizə görə yanılmışıq, ona görə də..."

MƏDƏNİYYƏT 10:30 / 18.11.2022 Baxış sayı: 481

“Övladlarımın seçimlərinə qarışıram, müdaxilə edirəm, amma heç nəyi onlara qadağan etmirəm”

“Məni gündəmdə saxlayan gördüyüm işlərdir. Çalışmağı çox sevirəm, işləyəndə istirahət edirəm. Hər zaman qalmaqaldan uzaq olan biriyəm. Vallah qalmaqal, insanlar özləri gəlib məni tapır. Bəziləri danışır, elə bilir ki, qarşısındakı insan susacaq. Elə məqam gəlir ki, susmaq olmur. Bir dəfə yola verirsən, ikinci dəfə yola verirsən, üçüncü də artıq sözünü deyirsən. Biri söz atır, deyirəm ki, lənət sənə kor şeytan, qoy özü üçün danışsın. Sən susduqca o haqlı olduğunu düşünür. Belə qərara gəlmişəm ki, kim nə desə cavabını verim. Cavabını alandan sonra bəlkə susub sakitcə yerində oturdu”.

Yenises.az  bildirir ki,  bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Roza Zərgərli deyib. O daha sonra əlavə edib.

“Mən çox yaradıcı insanam. Keçmişə dönsəydim heç vaxt müğənnilik sənətini seçməzdim. Halbuki mən bu peşə ilə yaşayıram. Maddi yox, mənəvi cəhətdən çox yaradıcı insanam. Müğənni olmazdım, rejissor peşəmi davam etdirərdim. Çünki o daha sakit peşədir. Onsuz da o peşə ilə də yenə də tanınmış, populyar olacaqdım” deyə müğənni bildirib.

 

Müğənni heç vaxt övladları arasında fərq qoymadığını bildirib.

“Heç vaxt övladlarım arasında fərq qoymamışam. Varım, dövlətim, zənginliyim övladlarımdır. Kənardan müasir görünə bilərəm, amma bir o qədər də deyiləm. Övladlarımın seçimlərinə qarışıram, müdaxilə edirəm, amma heç nəyi onlara qadağan etmirəm. Təkcə qızım Bənövşənin seçiminə qarışmıram, amma nəzarət edirəm. Çünki o həm ürəyi ilə hərəkət edir, həm də ağlı ilə. Amma Corc sadəcə ürəyi ilə hərəkət edir. O da indiki dövrdə çox yalnış bir şeydir. Biz də zamanında ürəyimizlə hərəkət etdiyimizə görə yanılmışıq” deyə müğənni bildirib.

 

Müğənni babasının saz ifaçısı olduğunu bildirib.

“Ata tərəfdən də, ana tərəfdən də ilk nəvə olmuşam. Bəzən ailədəkilər hansısa hərəkətimə görə deyirlər ki, torpağı sanı yaşayasan ulu babana oxşayırsan. Babam xan olub, amma mükəmməl saz ifa edib. Mən onu yox, amma öz babamı görmüşəm. Musiqiyə sevgim də elə ondan gəlmədir. Rəssamlıq qabiliyyətim əmimdən gəlib, evin bütün rəsmlərini özüm çəkmişəm” deyə Roza Zərgərli bildirib.