Bəhruz Niftəliyev : - Hanı o çağlar, hanı?

Ədəbiyyat 09:50 / 11.01.2025 Baxış sayı: 841

Dərd əridər mum eylər,

Dərd əliyər qum eylər.

Eşq ağrısı elədi,

Ağanı da qul eylər.

 

Aşıq sazı dilə gəl,

Susma nolar dilə gəl.

Toxun sarı siminə,

Lal olarsə dil əgər.

 

Gətir ozanı mənə,

Yetir Azanı mənə.

Minarədən asacam

Tale yazanı mənə.

 

Bu qəmim kimə neylər?

Qəlbimi külə eylər.

Uğuldayar ürəyim ,

Deyərlər külək eylər.

 

Söz tutan dilim vardı,

Saz tutan əlim vardı.

Dərdə düşməzdən qabaq,

Bir ordu elim vardı.

 

Hanı o çağlar, hanı?

Yanam ocaqlar hanı?

Yaxın çoxdan yad olub.

Hanı uzaqlar, hanı?

10.01.2025