Bəhram Bilaloğlu : - Hardan biləydim axı...

Ədəbiyyat 09:03 / 06.12.2022 Baxış sayı: 2530

Yolum üstə bitən gördüm,

Bənövşəni,yasəməni.

Boynu bükük qalan güllər,

Həyat qocaldacaq məni.

 

Hardan biləydim axı mən,

Siz də bəxtdən küsmüsünüz.

Taleyə bax,qismətə bax,

Yolum üstdə əsmisiniz.

 

Xətrinizə kim dəydi ki,

Ayrıldız ayrı düşdünüz.

Ümidini üzməyənlər,

Ağıllı bir iş gördünüz...