Bəhram Bilaloğlu : - Dünya meydanında dağdı,vüqardı.
jpg-1697997833.jpg)
Bakı buxtasından Bakıya baxdım-
İllərin zəhməti,bəhrəsi vardı.
Yıxılmaz duruşu,cəsarətilə-
Dünya meydanında dağdı,vüqardı.
Neçə adamları alıb qoynuna -
Saxlayıb eşq, torpağ, nəfəsi üstə.
Günləri keçdikcə, baxır Bakımız-
Adına söykənən mərd,səsi üstə.
Kimlər boy atmayıb,böyüyüb səndə-
Qorxmazlıq hissinə çatmaqdan ötrü.
Vətən qorumağı,öyrətmisən sən-
Sevgiyə,eşqlərə batmaqdan ötrü.
Qürurla,şərəflə çəkilir adın-
Yaşayır sinəndə uca bayrağın.
Düşmənə göz dağı, verdikcə adın-
Yaşa, qürur yerim,ulu torpağım!