Bakıda itkin düşən 13 və 14 yaşlı qızlar tapıldılar - YENİLƏNİB

HÜQUQ 11:24 / 29.09.2022 Baxış sayı: 1063

Bakıda itkin düşən 13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil verilib.

Bu barədə Adalet.az-ın sorğusuna Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

***

Bakıda 13 və 14 yaşlı qız uşaqları itkin düşüblər.

Adalet.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa, 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayonu ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami Rayon Polis İdarəsində araşdırma gedir.(apa)