Ayaz Arabaçı : - BAŞLADI

Ədəbiyyat 09:44 / 06.12.2022 Baxış sayı: 1683

 

 

 

Bir gözəl, bir həzin ömür yaşardım...

Sonsuz arzularla dolub-daşardım..

Bilsəm azdan-çoxdan hazırlaşardım,

Həyat imtahana fövrü başladı...

 

Bir yoldan gəlirdim qədimdən-qədim,

Saxladı köçümü qeyrəti xədim,

Gənclik illərində fikir vermədim,

Sonra da ürəyin cövrü başladı.

 

Doymadı cəlladlar tökdüyü qandan,

Yoruldum həyatdan, usandım candan,

Şəkər bir tərəfdən, təzyiq bir yandan,

Bir də əsəb boğdu, nervi başladı.

 

Sıxıldım bir ovuc ağ şanı kimi,

Acıyam avqustun yovşanı kimi,

Üstümdə təcrübə dovşanı kimi,

Hərə istədiyi tövrü başladı..

 

Bilmədim heç kimin toyuna keçdim,

Top kimi oyundan-oyuna keçdim,

Elmdən inəyə-qoyuna keçdim,

Təzədən Neolit dövrü başladı...

 

Paylaş