Ay Bəniz Əliyar - Hərdən hamıdan qaçıb
Hərdən hamıdan qaçıb,
sənə doğru gəlirəm,
Düzgün deyil bilirəm...
Qapın da yoxdu bəlkə...
Gəlirəm, aç qapını,
sevgiyə ac qapını.
Qapındakı pişikdən
itinəcən acdı, ac...
Nə bitməz bir ehtiyac...
Getməyə yerimiz yox,
xərcləməyə paramız,
əskiyibdi yaramız...
Ömür də bitir belə,
bitirik yavaş-yavaş,
bir ömür olaydı kaş...
Heç nələr olmayınca,
hər şey olur,
bəlkə də...
Bəlkə budur Sevgi də...