.Aləmzər Sadıqqızı - Bu necə gəlişdi..
Ədəbiyyat
19:02 / 24.05.2026
Baxış sayı: 340
Bu necə gəlişdi gəldin ömrümə?
Oyatdın bir ömür yatan baxtımı...
Fələyə təzədən sifariş verdim,
Heç vaxt qurmadığım sınıq taxtımı.
Elə mat qoymusan gündüz-gecəni,
Bilmirəm neyləyim nəyi- necəni,
Ayları, həftəni, günü, neçəni,
Sənə həsr edirəm butün vaxtımı...
Nə deyə bilirəm qayıt özünə,
Nə də urək baxır mənim sözümə,
Həsrətin gör necə baxır üzümə,
Bu həsrət səni də mən tək yaxdımı?
24.5.2025.