Aida Adıgözəl  - Nə yaxşı ki...

Ədəbiyyat 11:46 / 20.02.2026 Baxış sayı: 529

 

Nə yaxşı ki bağlıdır bütün qapılar keçmişə,

nə yaxşı ki...

Yandırılmış körpülərin tüstüsü göz çıxarır,

istisi könül bişirir!

Ümidlərin itməsi batmaqda olan gəminin əcəl SOSlarına bənzəyir.

Mən yazdım, sən oxuma!

Mən dedim, sən eşitmə!

Mən ağladım, sən gülmə!

Mən üzüldüm, sən sevinmə!

Bütün qələbələr cəsədlərin üzərindən qazanılır!

Hələ sonuncu sağlığı gözləyir tamaşaçılar,

kimin şərəfinə içiləcəyini!

Biri sümük olarkən biri ət olur məzarlıqda...

Könlünüzdən gedənlərə

baş daşını özünüzdən qoyun,

unudulmasınlar deyə!..