Ağaevli Əli Hacı: -  şərabı süz , ömrün altımış yaşına !

Ədəbiyyat 22:46 / 06.12.2022 Baxış sayı: 3061

Sağlığın alt qatından,

üst qatına daşınan,

şərabı süz ,

ömrün altımış yaşına !

 

Bir əl uzat

uzaqdan yaxın kimi !

Aldığım son nəfəsim

Islatmasın yaxamı !

 

İllərim,

süzülübdü əynimdə !

vaxtım-

gecə geyimində !

Gəl,

ayılmayaq səhərə .

Sabahımın yüküdü

çıxmadığım dağ,

düşdüyüm dərə !

 

Əyil,

qulağına söz deyim…

Badəsiz sağlığımdı,

sağlığına ölməyim !

 

Dur,

nəfəsindən od gətir

ömrün bu qış yaşına !

Bəlkə,

göydən əl çəkib

mən də evə daşınam !