Adil Şirin  : - Nə uzun  çəkdi...

Ədəbiyyat 14:33 / 25.09.2022 Baxış sayı: 1483

 

#. #

Nə uzun çəkdi bu ayrılıq,

Nə uzun çəkdi hicran yuxusu.

Boz tülə bürünüb

Sən gedən yollar,

Açdım pəncərəni payız qoxusu...

Necə olub,

Necə olub görməmişəm,

Qarşı yatan qara dağa qar yağıb.

Sən getdiyin,

Xəzan alan yollardan,

İhdi daha qış boylanır, qış baxır...