“2025-ci ildə Laçın hava limanını istifadəyə verməyi planlaşdırırıq”

Gündəm 12:50 / 05.10.2022 Baxış sayı: 1471

“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”.

Yenises.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında vurğulayıb.

Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir:

“Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz aya tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq”.