18 yaşlı qız faciəvi şəkildə dünyasını dəyişdi

MƏMLƏKƏT 14:23 / 20.09.2022 Baxış sayı: 1484

Bakıda 18 yaşlı yeni qız  8-ci mərtəbədən yıxılaraq ölüb. 

Yenises.az-ın məlumatına görə, hadisə sentyabrın 19-da qeydə alınıb.

Binəqədi rayonun 9-cu mikrorayon , Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il  təvəllüdlü Sevinc Bəkdəmirova  pəncərələri silərkən  ehtiyatsızlıqdan 8-ci mərtəbədən  yerə yıxılaraq  dünyasını dəyişib.

Bildirilir ki, Sevinc  Bəkdərmirova yeni ailə həyatı qurub və həmin mənzildə yaşamağa başlayıbmış. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma  aparılır.