17 yaşlı qız itkin düşdü

HÜQUQ 09:31 / 22.09.2022 Baxış sayı: 2416

Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.