XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



Ovannisyan Qarabağdan qaçan ermənilərə müraciət etdi: “Kişi olun…”
DÜNYA 11:44 / 17.10.2020

Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağ atıcı alayının 1-ci batalyonunun dünən gecə 300 ehtiyatda olan hərbçi ilə birlikdə mövqelərini tərk edərək, çox sayda ölü və yaralananları qoyaraq, geri çəkilməsinə görə qəzəblənən Ermənistan Müdafiə Nazirliyinin isti və hələlik təhlükəsiz kabinetində oturan Artsrun Ovannisyan erməni hərbçilərinə müraciət edib və onları qadınlarına layiq olmağa, ölənə qədər dözməyə çağırıb.

Armiya.az-ın məlumatına görə, bu barədə o, özünün "Facebook” hesabında yazıb.

"Hətta tələbə qızlar da öz bölmələrini yaradıblar və cəsarətlə döyüşürlər. Onlar intiharçı olmağa hazırdırlar. Bəs siz? Gəlin, onlara layiq olaq”, - deyə A.Ovannisyan pafosla yazıb.

O, həmçinin, müharibəyə yazılmaqdan imtina edən erməni gənclərinə də müraciət edib.

"Bayraqları maşınlara taxaraq və vətənpərvərlik mahnıları ilə İrəvanın ətrafında gəzməklə, zəfəri yaxınlaşdırmırsınız. Silah götürün və irəli, ön cəbhəyə”, - deyə o bildirib.


654 oxunub

InvestAZ