XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm 08:39 / 17.10.2020

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.

Yenisəs.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

"Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin meyiti çıxarılıb.

Əməliyyat davam edir.


610 oxunub

InvestAZ