XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



“Ermənilər babamın kürəyinə qaynar samovar bağlayıb öldürüblər” - Xalq artisti
MƏDƏNİYYƏT 10:46 / 13.10.2020
"Erməni qadınlarına deyirəm ki, övladlarınıza düşmənçilik deyil, insanlıq laylası çalın”

BunuAzvision.az-a Gəncədə yaşayan Xalq artisti Şahnaz Haşımova deyib. Onun sözlərinə görə, Ermənistan Gəncə şəhərinə edilən terror hücumuna görə cavab verməlidir.

"Məqsədləri Azərbaycanın tarixini özündə yaşadan Gəncə şəhərini viran qoymaq, göz qorxutmaqdır. Buna görə də qoca, körpə demədən şəhərin önəmli binalarını hədəfə alırlar. Şəhərimizin gözəlliyinə, həyatına, mənəviyyatına qarşı terror törədirlər. Allah bu zülmü ermənilərə bağışlamasın. İmamlar şəhərinə belə zülm edirlər. Ancaq unutmasınlar ki, Gəncə tarixən döyüşkən insanların yurdu olub. Bizi belə şeylərlə qorxudub susdurmaq olmaz. Biz haqlı savaş aparırıq. Əsgərlərimizə gecə-gündüz dua edirik. Ali Baş Komandanımıza inanırıq. Bilirik ki, ordumuz qələbə qazanacaq”.

Xalq artisti erməni terrorunun dünyaya nümayiş olunmasında aktiv fəaliyyət göstərdiyini deyib: "Mənimlə dünyada əlaqəsi, dostluğu olan insanlar raket düşən kimi zəng edib maraqlandılar. Deyirlər, sənə nəsə olubmu? Deyirəm, mən salamatam, həmşəhərlilərim yaralanıb, Gəncəmi erməni terrorçuları dağıtmağa cəhd edir. İnsanların beynəlxalq səviyyədə bu vəhşilikləri görməsi üçün rus, ingilis dilində paylaşımlar edirəm. Ermənilərə söz təsir etmir, sadəcə dəhşətdir. Onlara bundan sonra nə deyim. Dərələyəzdə babamın kürəyinə qaynar samovarı bağlayıb öldürüblər. Ata nənəm Göyçədən, anam isə Dərələyəzdəndir. Ailəmin bütün mülklərini əlindən alıblar. Onların hamısı bizim olub. Dünya qadınlarına müraciət etmişəm. Qoy bu vandalizmə biganə qalmasınlar. Erməni qadınlara isə deyirəm ki, övladlarınıza insanlıq laylası çalın, düşmənçilik laylası yox”.

997 oxunub

InvestAZ