XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



"Müharibə futbola da təsir edir" - Ramil Şeydayev
İDMAN 11:48 / 07.10.2020

Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ramil Şeydayev Rusiyanın "spbdnevnik.ru" saytına müsahibə verib.

Yenises.az 24 yaşlı hücumçunun müsahibəsini kiçik ixtisarla təqdim edir.

- Azərbaycan çempionatında vəziyyətiniz necədir?


- Bakının "Sabah" klubunda çıxış edirəm. Çempionat başlayıb, uyğunlaşmağa ehtiyac yoxdur, çünki hər şey mənə tanışdır. İşlərim qaydasındadır.

- Azərbaycanda müharibəyə görə gərginlik var. Bu, futbola da təsir edir?

- Əlbəttə ki, müharibə təsir edir. Bütün insanlar narahat olur və düşünürlər.

- Sizi indi Peterburqla nə bağlayır?

- Hər şeydən əvvəl ailəm. Uşaqlıqdan Sankt-Peterburqda yaşamışam, orada qohumlarım və dostlarım var. Əlbəttə, "Zenit” həyatımın əsas komandasıdır, burada futbol oynamağa başladım. "Zenit”dən çox xoşum gəlirdi.

- Vladislav Radimov sizə futbol vətəndaşlığını dəyişdirməməyinizi tövsiyə etsə də, öz qərarınızı verdiniz ...

- Bəli, çoxları Azərbaycan millisində oynamağımın əleyhinə idi, amma heç vaxt bundan peşman olmayacağam. Bəlkə də, hansısa kluba keçməyim səhv idi, amma həqiqətənbu, milli komandaya aid deyil.

- Rusiyanın gənclər millisi ilə Avropa çempionatında gümüş medal qazandığınız 2015-ci ildə "Zenit”in ikinci komandasında məşq edirdiniz, lakin sonra Kazana getdiniz. Niyə?

- Mənə dedilər ki, "Rubin”dən təklif var. Çox düşünmədim, çünki daha çox oyun təcrübəmin olmasını istədim.

- Ayrılmadan əvvəl "Zenti”in baş məşqçisi Andre Villaş-Boaşla danışdınız?

- Bəli, vidalaşmaq üçün baş məşqçinin yanına getdim. Bunun mənim üçün irəli addım olduğunu qeyd etdi və mənə uğurlar dilədi. "Bu asan olmayacaq, amma heyətdə yer qazanmağa çalışmalısan. İnanıram ki, buna müvəffəq olacaqsan " - bu sözlər Villaş-Boaş dedi.

- "Jilina”, "Qarabağ”da oynadınız, sonra Rusiyaya qayıtdınız və "Krılya Sovetov”la, "Dinamo”da çıxış etdiniz.

- İcarə əsasında çıxış etdiyim "Jilina”da işlərim pis getmirdi. Deməzdim ki, karyermın ən yaxşı dövrünü orada keçirdim, amma yaxşı formada idim, qollar vururdum. Lakin Slovakiyada yaşamaq mənim üçün çox çətin idi, uyğunlaşa bilmədim. Azərbaycanda isə mənə daha rahatdır.

- Bir neçə il əvvəl sizi Peterburq futbolunun ən istedadlı yetirməsi adlandırırdılar. "Zenit”də qalsanız, necə olardı?

- Bunu heç kim bilmir. Bir daha təkrar edirəm – heç nəyə görə peşman deyiləm.

- "Zenit”i izləyirsiniz?

- Bəli, əlbəttə. Demək olar ki, bütün oyunlarını izləyirəm. Hazırda Azərbaycanda sosial şəbəkələr bloklandığı üçün rabitə çətindir.


1034 oxunub

InvestAZ