XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



"Qarabağ"dan braziliyalı oyunçuya təklif
İDMAN 16:17 / 06.10.2020

Birləşmiş Ərəb Əmirliklərinun "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamas "Qarabağ"dan təklif alıb.

Bu barədə 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında bildirib.

Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, B.Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.


5560 oxunub

InvestAZ